Yaponiya şirkətləri “Tokio-2020″nin ləğvini istəyir

Yaponiya şirkətlərinin yarıdan çoxu Tokio Yay Olimpiya Oyunlarının koronavirusun yayılma təhlükəsi üzündən təxirə salınması və ya ləğvinin lehinə səs verib.

"İki sahil" bildirir ki, bu, "Tokyo Shoko Research" firmasının apardığı araşdırma nəticəsində bəlli olub.

Belə ki, oyunların məhdud sayda azarkeşlə keçirilməsi lehinə 20 faiz, azarkeşsiz təşkilinə 17 faiz, tam formatda baş tutması üçün isə 7,7 faiz dəstək ifadə olunub. Bundan başqa Yaponiya şirkətlərinin 70 faizdən çoxu olimpiadanın ləğvi və ya təxirə salınmasının onların gəlirlərinə cüzi təsir göstərəcəyini bildirib.

Qeyd edək ki, 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli olan Tokio Yay Olimpiya Oyunları bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Bununla belə, "Tokio-2020" adı saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31