Əfqanıstanda polis məntəqəsinə hücum : 4 ölü, 2 yaralı
15 Fevral 2021 16:25 DünyaƏfqanıstanın cənub-şərqindəki Zəbul vilayətində "Taliban" silahlıları tərəfindən polis məntəqəsinə olunan hücum nəticəsində 4 polis əməkdaşı həlak olub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Zəbul vilayətinin polis rəisi Hikmətullah Koçi açıqlama verib. O qeyd edib ki, hücum nəticəsində təhlükəsizlik əməkdaşlarının 4 üzvü öldürülüb, 2-si isə yaralanıb. Hücumu həyata keçirən silahlıların bir çoxu zərərsizləşdirilib.
Bölgədə terrorçulara qarşı əməliyyat davam etdirilir.
"Taliban" silahlı hücumla bağlı hələ ki, açıqlama verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31