İrəvanda 4,7 bal gücündə zəlzələ oldu
13 Fevral 2021 16:48 Dünyaİrəvanda fevralın 13-də 4,7 bal gücündə zəlzələ olub.
Olaylar.az xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:28-də baş verib. Zəlzələ bir neçə saniyə davam edib. Şəhərin müxtəlif hissələrindəki çoxmərtəbəli binaların sakinləri vahimələnərək küçəyə çıxıb.
Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib. Zəlzələ ocağı Yerevandan 12 km uzaqda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31