Dindar qadını öz istəyi ilə DİRİ-DİRİ BASDIRDILAR

Hindistanın Uttar-Pradeş ştatında qadın öz istəyi ilə diri-diri basdırılıb.

Olaylar.az xəbər verir ki, bu barədə "The Times of India" yazır.

Belə ki, fevralın 10-da 50 yaşlı Qomti Devi yaxınlarını toplayaraq yuxuda tanrıları Şivanı gördüyünü bildirib.

Buddistlərin dini bayramı olan Mahaşivaratri ərəfəsində Şivanı "razı salmaq" üçün qadın yaxınlarından quyu qazıb onu diri-diri basdıqmalarını istəyib.

Beləliklə, Devi həmişə ibadət etdiyi yerdə 1,2 metr dərinlikdə qazılan quyunun içinə girərək meditasiya pozasında oturduqdan sonra ailə üzvləri onun üstünə torpaq və gül ləçəkləri tökməyə başlayıblar.

Qadının bu fikrindən narazı olan bəzi kənd sakinləri polisə xəbər veriblər.

"Dəfn"dən 4 saat sonra hadisə yerinə gələn polislər qəbri qazıblar. Həmin vaxt artıq huşunu itirən qadın xəstəxanaya çatdırılıb.

Şiva tanrısı şərəfinə keçirilən Mahaşivaratri 2021-ci ildə martın 11-də qeyd olunacaq. big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31