Gürcüstanda koronavirusa yoluxanların sayı artdı - 7 nəfər öldü

Gürcüstanda son sutka ərzində 535 koronavirus faktı aşkarlanıb.

Olaylar.az xəbər verir ki, bununla da qonşu ölkədə yoluxma sayı 265 200-ə çatıb.

Ölənlər isə 7 nəfər artaraq 3 343-ə yüksəlib. Hazırda Gürcüstanda 4 416 aktiv virus daşıyıcısı var.  257 441 nəfər virusa qalib gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31