Yerevanda İkinci dünya müharibəsində Holokost qurbanlarının xatirəsinə həsr olunmuş abidə təhqir olunub.
Olaylar.az yenisabah.az saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin rəsmi nümayəndəsi bildirib.
Qeyd olunub ki, naməlum şəxs abidənin üzərinə qırmızı boya töküb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.