Vladiqafqazda güclü partlayış olub - VİDEO

Şimali Osetiyanın paytaxtı Vladiqafqazda güclü partlayış olub.

Olaylar.az APA-ya  istinadən xəbər verir ki, bu gün səhər saatlarında şəhərin Qaqkayev küçəsində yerləşən supermarketlərdən birində güclü partlayış baş verib.

Nəticədə market binası və yaxınlıqdakı yaşayış evlərinə ciddi ziyan dəyib.

Ölən və ya yaralananların olması barədə məlumat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31