“The Lancet” jurnalı: “CoronaVac” sağlam yaşlılarda kifayət qədər effektiv və təhlükəsizdir
11 Fevral 2021 19:15 DünyaCOVID-19 əleyhinə vaksinin xəstəliyin ölümlə nəticələnməsi və ağır keçirilməsinin qarşısının alınması ilə bağlı ilk növbədə yaşlılara, ahıllara vurulması nəzərdə tutulur. Yaşlı nəslin daha həssas təbəqə olduğunu və peyvəndlərlə bağlı yayılan saysız-hesabsız şayiələrə münasibətini nəzərə alaraq, ölkəmizdə tətbiq ediləcək Çin peyvəndi "CoronaVac"la bağlı aparılan tədqiqat və təcrübələrin nüfuzlu "Lancet" jurnalında dərc olunan nəticələri barədə yığcam məlumatları aşağıda təqdim edirik:
"Çinin Hebey vilayətində 60 yaşüstü sağlam insanlarda 28 gün ərzində iki dozada əzələdaxili vaksin inyeksiyayı tətbiq edilmiş, vaksin yaşlılarda təhlükəsiz və rahat mənimsənilib.
Məlumdur ki, 60 yaşdan yuxarı insanlar, xüsusilə də xroniki xəstəlikləri olan insanlarda COVID-19 ölüm riskini artırır. Vaksinlərə reaksiya da məhz immunitetin "qocalması" səbəbindən azalır. Tədqiqatların nəticələri "CoronaVac"ın 60 yaş və yuxarı yaşlı sağlam yetkinlərdə yaxşı mənimsənildiyini, immunogen olduğunu və canlı SARS-CoV-2-yə qarşı təsirsiz hala gətirilən antitel reaksiyalarının bu populyasiyada azalmadığını göstərib. Tədqiqatlar hələ də davam etdirilir. Tədqiqatçılar yaşa görə təbəqələşdirilmiş tədqiqat analizində, yaş qrupları arasında ikinci peyvənddən sonra antitel cavablarının neytrallaşmasında əhəmiyyətli fərqlər müşahidə etmədiklərini bildirirlər." Iki sahil/az