"Xərçəng xəstəsiyəm" yalanı ilə 71 min yığıb istirahətə yollandı - FOTO
11 Fevral 2021 17:16 DünyaXərçəng xəstəsiyəm yalanı ilə 71 min dollar pul yığıb lüks həyat tərzi yaşayan qadının məhkəməsi baş tutub.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, insanların xeyirxahlığından istifadə edərək yığdığı 71 min dolları istirahəti üçün xərcləyən 42 yaşlı ingilis Nicole Elkabbas həbs olunub.
Xərçəng xəstəliyindən əziyyət çəkdiyini iddia edərək xəstə yatağında şəklini səhnələşdirən Nicole Elkabbasa hökm oxunarkən göz yaşlarına hakim ola bilməyib.
Məhkəmədə bildirilib ki, səhhəti ilə bağlı hər hansı problemi olmayan Nikol yığılan pulları qumara, biletlərə, bahalı geyimlərə xərcləyib.
Məqaləyə dair fotomateriallar:















Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31