Hindistanda fəlakət nəticəsində 200-dən çox insan itkin düşüb
11 Fevral 2021 10:32 DünyaHimalay dağlarından qopan buz barçasının çaya düşməsi nəticəsində 200-dən çox insan itkin düşüb.
Olaylar.az xəbər verir ki, fəlakət nəticəsində sunami tikilməkdə olan su elektrik stansiyasına ziyan vurub. 2,5 kilometr uzunluğundakı tunelin girişi buldozerlə açılıb. Son məlumatlara görə, tuneldə qalan 39 nəfərin axtarışı üçün əsgərlər səfərbər olub.





Qeyd edək ki, bazar günü baş verən fəlakətdən sonra 32 nəfərin cəsədi tapılıb. 147 işçinin axtarış-xilasetmə işləri davam etdirilir.
Gülər Seymurqızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31