70 ildir evli olan cütlüyü koronavirus ayırdı
10 Fevral 2021 14:39 DünyaKoronavirus İngiltərənin Mançester şəhəri yaxınlığındakı bir qəsəbədə yaşayan 70 illlik cütlüyü ayırdı.
Olaylar.az xəbər verir ki, Derek Firth (91) və Margaret Firth (91) koronavirusa yoluxduqdan sonra 3 gün fərq ilə qaldıqları xəstəxanada vəfat ediblər.
İngiltərə mediasında ən çox yer alan şəkil isə cütlüyün xəstəxanadakı son şəkli olub.

İkilinin qızı Barbara Smith anası və atasının xəstəxanada ayrı şöbələrdə qaldıqlarını və görüş anlarının kədərli olduğunu bildirib. Onun sözlərinə görə, Derek və Margaret 14 yaşından bəri birlikdə olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31