ABŞ Çinə qarşı Hindistanı dəstəkləyəcək

Çin qonşularını, o cümlədən Hindistanı təhdidə cəhd edir.

Olaylar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays deyib. O, ABŞ-ın bölgədəki situasiyanı izlədiyini və Hindistanla Çin arasında danışıqların davam etdiyindən xəbərdar olduğunu bildirib.

Prays Pekinin öz qonşunlarını təhdid etmək cəhdlərinin davam etməsindən narahat olduğunu deyib.

O, ABŞ-ın bundan sonra da Hind və Sakit okean regionunda təhlükəsizlik üçün öz dostlarını dəstəkləyəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31