Rusiyada koronavirusa yoluxanların sayı 4 milyona yaxınlaşır
9 Fevral 2021 15:13 DünyaRusiyada son sutka ərzində daha 15 019 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Olaylar.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 3 998 216 nəfərə çatıb.
Son sutka ərzində 530 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 77 598 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31