Sinabunq volkanında partlayış oldu
9 Fevral 2021 11:15 Dünyaİndoneziyanın Sumatra adasında yerləşən Şimali Sumatra əyalətindəki Sinabung Volkanında partlayış baş verib.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, 340 saniyə davam edən partlayış zamanı vulkandan çıxan kül və tüstünün vulkanın cənub və cənub-şərqinə doğru təxminən 2500 metr sürüşərək yüksəldiyi bildirilib. Bölgə xalqına xvulkan həyəcan sisteminin "narıncı" səviyyəsində olduğu xəbərdarlığı edilib.
Məlumat üçün bildirək ki, İndoneziyadakı vulkan həyəcan sistemi 4 mərhələdən "yaşıl", "sarı", "narıncı" və ən yüksək səviyyə olan "qırmızı"dan ibarətdir.
Təxminən 400 il sonra, 2010-cu ildə yenidən aktivləşən Sinabung volkanında 2014 və 2016-cı illərdə baş verən püskürmələrdə 23 nəfər həyatını itirmişdi.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31