Tanzaniyada bilinməyən xəstəlikdən 15 nəfər həyatını itirib
8 Fevral 2021 10:30 DünyaTanzaniyanın qərb hissəsində yerləşən Mbeya şəhərində 15 nəfər hələ diaqnoz qoyulmayan xəstəlikdən vəfat edib.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, həmin şəxslərdə başgicəllənmə, ürək bulanma və qan qusma kimi simptomlar olub. Tanzaniya Səhiyyə Naziri Doroth Gvajima vəziyyəti araşdırmaq üçün bölgəyə mütəxəssis bir qrup göndərildiyini açıqlayıb.
Qeyd edək ki, 2018-ci ildə də Mbeya bölgəsində bir çox insanın oxşar şikayətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Gülər Seymurqizi
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31