Vladimir Putinin reytinqi AÇIQLANDI

Rusiya vətəndaşlarının yarısından çoxu ölkə Prezidenti Vladimir Putinə etibar edir.

Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, İctimai Rəy Fondunun keçirdiyi rəy sorğusuna əsasən bu nəticə əldə edilib.

Rəyi soruşulanların 54 faizi Vladimir Putinə etimad etdiyini, 34 faizi etibar etmədiyini, respondentlərin 12 faizi isə suala cavab verməkdə çətinlik çəkdiklərini bildirib.

Sorğunu "FOMnibus" yanvarın 29-dan 31-dək, 18 və ondan yuxarı yaşda olan 3 min respondent arasında, 207 yaşayış məntəqəsində, Rusiyanın 73 bölgəsində yaşayış yeri üzrə müsahibə üsulu ilə keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31