COVID-19-a qarşı peyvəndlərin olduğu avtomobil qaçırıldı

ABŞ-ın Florida ştatında koronavirus peyvəndi olan avtomobil qaçırılıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə yerli polis departamentinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

Sözügedən "Hyundai Accent" markalı avtomobil günorta çağı Plant-Siti şəhərində yoxa çıxıb. Onun içərisində COVID-19-a qarşı peyvəndlərin olduğu ampulalar var imiş.

Polis avtomobili qaçıran kişinin tapılmasında yerli sakinlərdən kömək istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31