Ukraynada koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada yanğın baş verib

Ukraynanın Zaporijya vilayətinin infeksion xəstəliklər xəstəxanasında güclü yanğın nəticəsində azı 4 nəfər həlak olub.

Olaylar.az xəbər verir ki, vilayət administrasiyasının yaydığı məlumata görə, xəstəxananın reanimasiya şöbəsində baş verən yanğın nəticəsində üç xəstə və bir həkim həlak olub. Həmin şöbədə əsasən koronavirusa yoluxmuş xəstələr müalicə alır.

Yanğın yanvarın 4-nə keçən gecə baş verib. Hadisə yerinə 16 texnika və 60 yanğınsöndürən cəlb edilib. Səkkiz nəfər xilas edilsə də, dörd nəfərin cəsədi tapılıb.

AzərTac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31