Türk əsgərlərinə hücum edildi - ŞƏHİD VAR
3 Fevral 2021 12:00 DünyaSuriyanın İdlib vilayətində yaralanan Türkiyə ordusunun hərbçisi şəhid olub.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Bahar qalxanı" əməliyyatı bölgəsində yaralanan çavuş Basri Demirel ötən gün xəstəxanada dünyasını dəyişib.
"Yanvarın 31-də terroristlər tərəfindən edilən silahlı hücum nəticəsində yaralanan bir qəhrəman silahdaşımız yerləşdirildiyi Hatay Dövlət Xəstəxansında edilən bütün müdaxilələrə baxmayaraq, fevralın 2-də şəhid olub", - nazirlikdən qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31