Hindistanda ata və ana qızlarını qurban kəsdi

Professor ata və riyaziyyat müəllimi olan ana  iki qızını dini ayin üçün qurban kəsib.

Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 27 və 21 yaşlarındakı  qızlar dekabr ayının 25-də saat 00:00 radələrində valideynləri  tərəfindən iti bir alətlə qətlə yetirilib. Araşdırmalar nəticəsində bəlli olub ki, cinayətdən sonra onların cəsədləri dumbbell ilə əzilib.

Ata və  ana özlərinin xüsusi güclərə sahib olduqlarını və qızlarını 24 saata dirildəcəklərini bildirib.

Psixiatr ananın suallara heç bir şəkildə cavab vermədiyini, atanın isə uşaqlarının hindu tanrısı Şivanın şəkilləri olduğunu və diriləcəklərini iddia etdiyini qeyd edib.

Digər bir açıqlama da ata və  ananın işlədiyi məktəbdən gəlib. İş yoldaşı "Mən onu 25 ildir tanıyıram, inanmıram ki, bunu edə bilər", qadının daha bir qohumu isə "Ağlabatan insanlardı. Məsələn, Covid-19 mövzusunda çox diqqətli idilər. Dindar insanlardı, amma həddən artıq bir şey yoxdur"- deyə cavab veriblər.

Qeyd edək ki, Hindistanda tanrılar üçün qurban vermə ayinləri  var. Ötən il 9-12 yaşındakı uşaqlar tanrı Dunga üçün qurban verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31