"Twitter" Türkiyənin daxili işlər nazirinə məhdudiyyət qoydu - LGBT ilə bağlı paylaşımına görə + FOTO
2 Fevral 2021 14:51 Dünya"Twitter" sosial mediadan aktiv istifadə edən siyasətçilərdən olan Türkiyənin daxili işlər naziri Süleyman Soylunun paylaşımlarından birinə məhdudiyyət qoyub.
Olaylar.az xəbər verir ki, özünün "Twitter" hesabında Boğaziçi Universitetindəki Kəbə fotoşəklinin yerə sərildiyi olayla əlaqədar olaraq paylaşım edib.
"Boğaziçi Universitetindəki Kəbə-i Muazzamaya hörmətsizlik edən 4 LGBT azğını saxlanılıb", - deyə nazir yazıb.
"Twitter" isə həmin paylaşıma "bu tvit nifrət davranışı ilə bağlı qaydaları pozur", - deyə xəbərdarlıq yerləşdirib.
sfera
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31