Məhkəmə Koçaryanın 5 günlük ölkəni tərk etməsinə icazə verdi

Ermənistanda məhkəmə sabiq prezident Robert Koçaryanın beş gün müddətinə ölkə xaricinə səfər etməsinə icazə verib.

Olaylar.az APA-ya istinadən bildirir ki, hakim Anna Danibekyan eks-prezidentin ölkədən çıxışına qoyulan məhdudiyyəti müvəqqəti olaraq götürüb.

Məhkəmənin qərarına əsasən, R. Koçaryan 3-8 fevral tarixlərində Ermənistanı tərk edə bilər.

Xatırladaq ki, 2018-ci il iyulun 26-da Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci il 1 mart tarixindəki etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi çərçivəsində sabiq prezident R. Koçaryana konstitusional quruluşunu devirmək ittihamı irəli sürüb. Bu cinayət işi ilə bağlı KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və prezident administrasiyasının keçmiş rəhbəri Armen Gevorgyana da ittihamlar irəli sürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31