Türkiyə MN: Suriyanın şimalında 3 terrorçu məhv edildi
2 Fevral 2021 13:51 DünyaTürkiyə ordusu Suriyanın şimalında əməliyyat keçirərək bölgəyə girməyə cəhd göstərən terrorçuları məhv edib.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Əmin-amanlıq və təhlükəsiz mühiti pozmaq üçün Barış Pınarı və Fərat Qalxanı əməliyyatı bölgəsinə sızmağa cəhd göstərən və atəş açan 3 PKK/YPG terrorçusu qəhrəman komandolarımız tərəfindən zərərsizləşdirilib", - nazirlikdən bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31