İsrailə məxsus PUA Qəzza zolağına düşdü

İsrailin Müdafiə Ordusuna məxsus pilotsuz uçan aparat Fələstinin Qəzza zolağına düşüb.

Olaylar.az xəbər verir ki, məlumatı ordunun mətbuat xidməti yayıb.

Bildirilib ki, son zamanlar bu Qəzzaya düşən ikinici PUA-dır. Bir neçə gün əvvəl kəşfiyyat PUA-sı bölgənin şimalında yerləşən Beyt-Xanunda aşkarlanıb. Həmin aparatın fələstinli döyüşçülərin əlinə keçdiyi bildirilib.

Fevralın 1-də isə Livanın "Hizbullah" qruplaşması İsrail ordusuna məxsus PUA-nı vurduqlarını bildirmişdi. İsrail PUA-nın vurulduğunu təsdiqləmişdi.sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31