Kolumbiyada qayıqlar toqquşub: 14 nəfər həlak olub

Kolumbiyanın cənub-qərbində, Sakit Okean sahillərində 2 qayığın toqquşması nəticəsində 7-si uşaq olmaqla 14 nəfər həyatını itirib.

Olaylar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Narino inzibati bölgəsinə bağlı olan liman şəhəri Tumakodan yola çıxan 2 qayıq toqquşub. 14 nəfər həyatını itirib, 36 nəfər isə  balıqçılar və sakinlər tərəfindən xilas edilib.

Bölgədə təyyarə və helikopterlər  axtarış- xilasetmə işləri aparırlar.

Gəmilərdə dəqiq neçə nəfərin olduğu və qəzanın baş vermə səbəbi bəlli deyil. 

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31