Rusiyada sosial media ilə bağlı qadağa qüvvəyə mindi
1 Fevral 2021 15:11 DünyaRusiya sosial mediasında qeyri-etik və təhqiramiz məzmunlu paylaşımlarla bağlı qərar verilib.
Olaylar.az xəbər verir ki, " İnformasiya, informasiya texnologiyaları və informasiyanın qorunması qanunu"nda edilən dəyişikliyə əsasən, qeyri-etik və təhqiramiz məzmunlu paylaşımlar 24 saat ərzində silinməlidir.
Bundan əlavə, dövləti və onun rəmzlərini təhqir edən qanunsuz hərəkətlərdə iştirak etməyə çağırış məzmunlu paylaşımlar da qadağandır.
Qeyd edək ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarət Təşkilatı gəncləri icazəsiz etiraz aksiyalarında iştirak etməyə təşviq edən "TikTok" və "Instagram" kimi sosial media tətbiqlərinə xəbərdarlıq edib.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31