Rusiyada etirazlar zamanı bir nəfər özünü yandırdı Fotolar
1 Fevral 2021 11:48 DünyaRus müxalifətçisi Aleksey Navalnının həbsdən azad olunması üçün etirazlar davam edir.
Olaylar.az xarici KİV-nə istinadən xəbər verir ki, əsasən Moskva və Sankt-Peterburq daxil olmaqla bir çox şəhərdə baş tutan icazəsiz nümayişlərə minlərlə insan qatılıb. Etiraz nəticəsində 4 minə yaxın insan saxlanılıb, onlardan 82-si jurnalistlərdir. Saxlanılanlar arasında Navalnının həyat yoldaşı Yuliya Navalnaya da var.
Etirazçılar Navalnının tutulduğu Matrosskaya Tishina həbsxanasının yaxınlarına gedərək hökumətə qarşı şüarlar səsləndiriblər.
Digər tərəfdən, etiraz aksiyalarının keçirildiyi ərazidə olan bir nəfər üzərinə benzin tökərək özünü yandırıb. Hadisə yerindəki insanların müdaxiləsindən sonra xəstəxanaya qaldırılan şəxsin müalicəsi reanimasiyada davam edir.














Qeyd edək ki, nümayişin keçirildiyi ərazilərdə internet və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Gülər Seymurqızı
Olaylar.az