Bir əlindən Co Bayden, digərindən Putin tutub – Paşinyan hara üz tutacaq?

"Paşinyan hazırkı situasiyada Qərblə Rusiya arasında balans siyasəti yürütməyə çalışır".

Bunu  açıqlamasında baş verən son proseslərdən sonar Ermənistan baş nazirinin qərbpərəst mövqeyində geriləmənin olub-olmayacağına aydınlıq gətirərkən politoloq Nazim Cəfərsoy deyib:

"Paşinyan hakimiyyətə gələnə qədər Ermənistanın ənənəvi siyasətindən fərqli, yəni əsasən qərbpərəst siyasət yürüdəcəyini bildirirdi.  Ancaq hakimiyyətə gələndən sonra Rusiyanın Ermənistandakı gücünün fərqində olaraq, real vəziyyətə uyğun hərəkət etməyə çalışdı.  Onun indi atdığı etdikləri də mövcud vəziyyətə uyğun mümkün olanları həyata keçirməkdən ibarətdir".

Həmsöhbətimizin fikrincə, hazırkı erməni hökuməti ABŞ-dan daha çox Avropa İttifaqı ilə əməkdaşlığa meyl edir:

"Ermənistan Qərblə əlaqələrdə daha açıq münasibətlərə daxil olmaq siyasəti əvəzinə, ehtiyatla davranaraq müəyyən həmlələr gerçəkləşdirməyə çalışır. Çünki bilirlər ki, ABŞ-la açıq münasibət Ermənistanda da Gürcüstan vəziyyətini yaradar. Ona görə İrəvan Rusiyanın daha kəskin reaksiyasına tuş gəlməmək üçün ABŞ-dan çox Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır. Paşinyan bununla Qərblə Rusiya arasında balans siyasəti aparmağa çalışır. Moskva da bütün imkanları ilə çalışır ki, Paşinyan Rusiya ilə əməkdaşlığı davam etməyə məcbur qalsın".

Politoloq düşünür ki, bütün hallarda Co Baydenin gəlişi  Paşinyanın Qərbə olan marağını bir qədər artıracaq: "Vaşinqton Qafqazdakı güc balansının daha çox Moskvanın xeyrinə dəyişməməsinə çalışacaq.  Ağ Ev Paşinyanın hakimiyyətdə qalması üçün Ermənistana iqtisadi yardımlar edəcək. Minsk qrupunun fəallığı da artacaq". sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31