Cavad Zərif: “ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar əhəmiyyətsizdir”

"Biz ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları açıq şəkildə qınadıq".

Olaylar.az Türkiyə Kİv-nə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi  mətbuat konfransında deyib.

O bildirib ki, İran ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları əhəmiyyətsiz hesab edir.

"Təəssüf ki, ABŞ sanksiya tətbiq etməyə alışıb. Bu, bütün dünyanın və ABŞ-ın özünün zərərinə olacaq", - deyə İran XİN başçısı vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31