Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bəyanatda Suriyanın suverenliyi, müstəqilliyi, birliyi, ərazi bütövlüyü ilə əlaqədar tərəflərin fikir birliyində olduqları və bu prinsiplərə hərtərəfli hörmətlə yanaşılmanın vacib olduğu vurğulanıb.
Tərəflər Suriya Konstitusiya Komitəsinin işinin davam etdirilməsi, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi, Suriya xalqının mümkün qədər geniş dəstəyini almaq üçün konstruktiv addımlar atılması və bu kimi məsələlərlə bağlı məsləhətləşmələrin 16-17 fevral tarixləri arasında Soçidə keçirilməsi planlaşdırılıb. (APA)