Şİmali Koreya hədəfə aldığı şəxslərin məlumatlarını ələ keçirir - İddia

"Google" şirkəti Şimali Koreya hakerlərinin kiber təhlükəsizlik mütəxəssizlərindən məlumat oğurlamağa çalışdıqlarını iddia etdi.

Olaylar.az xarici KİV-nə istinadən bildirir ki, şirkətin iddialarına görə   hakerlər saxta sosial media hesablarından istifadə edərək və ya özlərini kompüter təhlükəsizliyi ilə məşğul olan "blogger" kimi qələmə verərək kiber təhlükəsizlik mütəxəssislərindən məlumat oğurlamağa çalışırlar.

"Google"un Təhdid Analiz Qrupundan olan tədqiqatçı Adam Weidemann  onlayn hesabatda saxta araşdırma bloqu və bir çox saxta Twitter profili aşkarladıqlarını  qeyd edib. Məqsədləri hədəfə aldıqları şəxslərin məlumatlarını ələ keçirməkdir.

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31