Cozef Bayden 43 rəsmi qərar imzalayıb.

ABŞ prezidenti Cozef Bayden son bir həftədə 43 rəsmi qərar imzalayıb.

Olaylar.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, o, bununla da vəzifəsinin icrasının ilk günlərində ən çox qərar imzalayan prezident olub.

Bildirilib ki, prezidentliyinin ilk həftəsində Barak Obama və Donald Tramp cəmi 9 qərarnamə imzalamışdı.

Qeyd edək ki, ABŞ-ın 46-cı prezidenti Cozef Bayden 2021-ci il yanvarın 20-də and içib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31