106 yaşlı pianoçu qadın özünün klassik musiqi albomunu çıxarıb

Olaylar.az xəbər verir ki, bu həmin pianoçu qadının  artıq beşinci albomudur.  Kolet Maz adlı qadının sənəti musiqi müəlliməsidir, o royalda beş yaşından ifa etməyə başlayıb.

Kolet Maz bildirib ki, kiçik yaşlarından o, musiqi ilə özünütəcrid şəraitində yaşayır. O, hazırda pandemiya şəraitində tamamilə küçəyə çıxmadığını, evində isə koronavirusla bağlı söhbətlərə izn vermədiyini bildirib. Özünü fiziki olaraq gümrah və formada saxlamaq üçün daim xüsusi məşqlər etdiyini və rəqs etdiyini qeyd edib.

Qadının təsirləndirici video çarxını "Parizien"in saytında bir milyondan artıq insan izləyib. Kolet Mazın feysbuk hesabı da var.

İki sahil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31