ABŞ dollarının dizaynı dəyişdirilir
27 Yanvar 2021 14:38 DünyaAmerika Birləşmiş Ştatlarının 20 dollarlıq pul nişanına yeni dizayn veriləcək.
Olaylar.az xəbər verir ki, əskinasın üzərində ABŞ-da köləlik tərəfdarı olan keçmiş prezident Andrev Caksonun yerinə köləliyə qarşı afroamerikalı fəal Harriet Tubmanın fotoşəkili olacaq.

Qeyd edək ki, ilk dəfə Barak Obamanın administrasiyası bu dəyişikliyi təklif etsə də, Donald Trampın prezidentliyi dövründə bu məsələ təxirə salındı. Hazırki 46 -cı prezident Cozef Bayden isə dəyişiklik barədə qərar qəbul edib.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31