Cənubi Sudanda aclıq böyüyür
27 Yanvar 2021 13:39 DünyaCənubi Sudanda 8 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.
Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsani İşlər Koordinasiya Ofisindən verilən məlumata görə, 11 milyon əhalisi olan ölkə vətəndaş müharibəsi və pandemiya səbəbindən daha da zəifləyib.
Açıqlamada Cənubi Sudanda humanitar yardıma ehtiyacı olan insanların sayının 8,3 milyona çatdığı qeyd edilib. 2021-ci il ərzində bu rəqəmin daha da artacağı gözlənilir.
Qeyd edək ki, Cənubi Sudan 2011-ci ildə Sudandan ayrılaraq müstəqilliyini elan etmişdi. Ölkə zəngin neft ehtiyatlarına və əkinçiliyə yararlı torpaqlara sahibdir.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31