Səudiyyə Ərəbistanında partlayış olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda partlayış olub.

Bu barədə "Xabr əl-Acil" informasiya portalı məlumat yayıb.

Bildirilib ki, Yəməndəki "husi" qiyamçıları Ər-Riyada havadan hücum ediblər. Onların hücumunun qarşısı alınıb. Partlayış qiyamçıların hücumu nəticəsində baş verib.

Məlumata görə, "husi" qiyamçıları davamlı olaraq krallığın bu şəhərinə atəş açırlar.

Dağıntı və itki barədə məlumat yayılmayıb.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31