Kasıb ölkələrə hələ də peyvənd verilməyib
26 Yanvar 2021 12:02 DünyaÜmumdünya Səhiyyə Təşkilatı keçən ilin noyabr ayında peyvəndlərin hazır olacağını açıqlasa da dünyanın bir çox ölkəsinə hələ də peyvənd verilməyib.
Olaylar.az xəbər verir ki, dünyanın 142 ölkəsində peyvəndləmə prosesi başlamayıb. Afrikanın 53, Asiya-Sakit okean bölgəsində 47, Orta və Cənubi Amerikada 28, Avropada 14 ölkədə aparılan klinik sınaqlar istisna olmaqla hələ də peyvəndləmə aparılmayıb.
Bu səbəbdən pandemiyanın müddəti uzadıla bilər və ya bu ölkələr peyvəndi 2022-ci ilə qədər gözləməli olacaqlar.
Qeyd edək ki, indiyə qədər ABŞ, Kanada, Braziliya, Meksika, Avropa Birliyi (AB) ölkələri, İngiltərə, Rusiya, Hindistan, Pakistan, Özbəkistan, İndoneziya, Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya, Misir, Nepal, Orta Şərq Bloku ölkələri, Latın Amerika Bloku ölkələri, Afrika Birliyi ölkələri və Türkiyə fərqli ölkələrdən peyvənd almaq üçün razılaşmalar əldə edib.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31