ABŞ-da tarixində ilk dəfə qadın bu vəzifəni icra edəcək

ABŞ-nın maliyyə naziri ABŞ Federal Ehtiyat Sisteminin (Fed) keçmiş prezidenti Janet Yellen oldu.

Olaylar.az  xarici KİV-nə istinadən xəbər verir ki, Senatın Baş Assambleyasında keçirilən səsvermədə 84 senator Yellenin maliyyə naziri olmasına "hə", 15 senator isə "yox" səsini verib. Beləliklə, Yellen ABŞ tarixində Maliyyə Nazirliyi vəzifəsini tutan ilk qadın oldu.

Türk mənşəli Didəm Nişancı isə  Yellenin əsas köməkçisi olacaq.

Qeyd edək ki, bundan öncəki maliyyə naziri Steven Mnuchin  olmuşdur.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31