Hindistan və Çin əsgərləri arasında toqquşma olub

Hindistan ərazisinə girməyə cəhd edən Çin hərbçilərinin qarşısı  hərbçilər tərəfindən alınıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki,  toqquşma Hindistan ərazisində Naku-La keçidində baş verib.

Toqquşma zamanı 20 çinli və 4 hindistanlı əsgər yaralanıb. Ərazidə vəziyyətin artıq nəzarət altında olduğu bildirilir.  

Qeyd edək ki, toqquşma Hindistan və Çinin yüksək rütbəli hərbiçiləri arasında hərbi danışıqların doqquzuncu mərhələsi keçirilən ərəfədə baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31