Ermənistanda koronavirusdan ölənlərin sayı 3047 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 58 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 166 094, ölənlərin sayı isə 3047 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 154 932 nəfərin sağaldığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31