Putinin 1 milyard funt sterlinq dəyərindəki sarayı - Fotolar

Almaniyada müalicədən sonra Rusiyaya dönərkən yenidən həbs olunan rus müxalifətçisi Alexey Navalnı Rusiya prezidenti Vladimir Putinin 1 milyard funt  sterlinq dəyərindəki sarayının görüntülərini yayıb.

Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Son 24  sat ərzində yayılan bu məlumat 24 milyondan çox  insanın marağına səbəb olub.

Navalnının yaydığı məlumatda Putinin sarayında böyük lüks otaqlar, striptiz salonu, qumarxana, spa, kinoteatr, teatr olduğuna dair şəkilləri var. Sarayın yerləşdiyi ərazi Monakodan 39 qat böyük olduğu iddia edilir. Navalnı internetdə hazırladığı platformada bu sarayın gizli bir tunel, hovuz, buz parkı və kilsəsi olduğunu da iddia edib. İddialara görə, Navalnı tərəfindən yerləşdirilən görüntülərin binanın memarı tərəfindən sızdırıldığı qeyd edilib. 44 yaşlı Navalnı dünyanın "ən varlı adamı" olaraq xarakterizə etdiyi Rusiya liderinin həyatındakı qadınların və ailələrinin, o cümlədən 17 yaşlı sevgilisinin xərclərini ödəmək üçün "rüşvət fondu" istifadə etdiyini iddia etdi.

Qeyd edək ki, Aleksey Navalni bir müddət əvvəl çayına qatılan maddə ilə zəhərəndirilmişdi.

Həmin görüntüləri təqdim edirik

Gülər Seymurqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31