Bağdadda partlayış olub

İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 21 nəfər ölüb, 44 nəfər yaralanıb.

Olaylar.az xəbər verir ki, partlayış paytaxtın Tayaran meydanında yerləşən bazarda baş verib.

Terrorçu-kamikadze meydanda özünü partladıb.

Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Ona görə ölənlərin sayının artacağı istisna edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31