Navalnının həbsi və Trampın səhifəsi... - Zeman
21 Yanvar 2021 14:20 DünyaNavalnını əzab çəkən biri kimi təqdim etmək lazım deyil. Qoy namizəd olsun və seçicilərin simpatiyası uğrunda mübarizə aparsın.
Olaylar.az xəbər verir ki, bunu Çexiya Prezidenti Miloş Zeman deyib.
Zeman mövcud vəziyyəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın Tvitter səhifəsinin bloklanması ilə müqayisə edib:
"Kiminsə həbsdə saxlanılması senzuranın bir növüdür".
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə rəsmi Kremlin xaricdən Aleksey Navalnı ilə bağlı açıqlamaları dinləmək niyyətində olmadığını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31