Bayden Trampın ona yazdığı məktubdan danışdı
21 Yanvar 2021 13:50 DünyaYanvarın 20-də andiçmə mərasimi keçirilən Cozef Bayden ABŞ-nın 46 -cı prezidenti olaraq vəzifəsinə başlayıb. Mərasimə qatılmadan Ağ Evdən ayrılan sabiq prezident Donald Trampın ənənəyə uyğun olaraq Baydenin əlini sıxıb təbrik etməsə də Oval ofisdə prezidentə bir məktub yazıb.
Olaylar.az xəbər verir ki, məktubda yazılanlar çoxunun marağına səbəb olsa da "Prezident çox səxavətli bir məktub yazdı. Özəl olduğu üçün onunla danışmayana qədər notun məzmunu haqqında danışmayacağam" - deyə Bayden açıqlama verib.
Melani Trampın isə Cill Baydenə məktubunda "Xoş gəldin" ifadəsi yazdığı bildirilib.
Qeyd edək ki, məktub yazma 1980-ci illərdə Ronald Reyqanın vəzifəsini 41-ci prezident Ata Buşa təhvil verdiyi dönəmdən ənənə halını alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31