Bayden sabiq prezident Trampın bir neçə fərmanını ləğv edib

Yanvarın 20-də andiçmə mərasimi keçirilən ABŞ Prezidenti Cozef Baydenin ilk işi Donald Trampın bir neçə mühüm fərmanını ləğv etmək olub.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, preszident ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtması haqqında fərman imzalayıb.

Bundan başqa, Bayden ABŞ-ı Paris iqlim sazişinə qaytarıb və Meksika ilə sərhədə divar çəkilməsini dayandırıb. Divarın bir hissəsi tikilib, yeni prezident tikiləni sökmək niyyətində olmadığına işarə edib.

Yeni Prezident Tramp dönəmində Yaxın Şərqin bir neçə ölkəsinin sakinlərinin ABŞ-a girişinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi barədə də fərman imzalayıb. Söhbət İran, Liviya, Suriya, Yəmən, Somali vətəndaşlarından, habelə Venesuela məmurlarından gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31