Rusiyada daha 21 152 nəfər COVID-19-a yoluxub
20 Yanvar 2021 16:25 DünyaRusiyada son 24 saatda 21 152 nəfərə COVID-19 diaqnozu qoyulub.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 633 952 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 597 nəfər artaraq 67 220-yə yüksəlib.
Bundan başqa, indiyədək Rusiyada koronavirusa yoluxan 3 027 316 pasiyent sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31