ABŞ Somalidən qoşunlarını çıxardı

ABŞ hərbi kontingentinin Somalidən çıxarılması prosesi tam başa çatıb.

Olaylar.az-ın məlumatına görə, bu ölkədə qalan 700-dək hərbçi Cibuti və Keniyadakı bazalara köçürülüb.

Ötən il dekabrın 4-də ABŞ-ın hazırkı prezidenti Donald Tramp qoşunların Somalidən yanvarın ortalarınadək çıxarılması barədə sərəncam vermişdi.

Hazırda ABŞ-ın Afrika ölkələrində 6 min hərbçisi xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31