Rusiyada pandemiya qurbanlarının sayı 66 mini ötdü
18 Yanvar 2021 12:42 DünyaRusiyada son bir gündə daha22 857nəfərə COVID-19 diaqnozu qoyulub.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı3 591 066nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 471 nəfər artaraq 66 037-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 978 764nəfər sağalıb.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31