“Samsung”un sahibi həbs edilib
18 Yanvar 2021 12:40 DünyaCənubi Koreyanın texnologiya nəhəngi "Samsung" şirkətinin sahibi, eyni zamanda, İdarə Heyətinin sədri Li Ce Ön 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı qərarı paytaxt Seulun Ali Məhkəməsi qəbul edib. İş adamı "Samsung Group"un iki bölməsinin birləşdirilməsi zamanı qanunsuzluğa yol verdiyinə görə azadlıqdan məhrum olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31