Hindistanda "Covid-19"a qarşı peyvənd əks- təsir göstərdi
18 Yanvar 2021 11:49 DünyaHindistanda koronavirusa qarşı peyvənd 447 nəfərə əks - təsir göstərib.
Olaylar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Qlobal Sağlamlıq və Biyoetik Araşdırıcısı Anant Bhan "Covaxin" peyvəndinin effektli olmadığını və ölkənin bu peyvəndin istifadəsi üçün tələsdiyini qeyd edib.
Qeyd edək ki, Hindistanda Oxford Universiteti tərəfindən hazırlanan və ölkədə istehsal olunan "AstraZeneca" peyvəndi və Bharat Biotech şirkəti ilə Hindistan Tibbi Tədqiqat Şurası tərəfindən ortaq şəkildə hazırlanan "Covaxin" peyvəndlərinin təcili hallarda istifadə ediləcəyi açıqlanmışdı.
Gülər Seymurqızı
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31